Xəbərlər

Pompeo: ABŞ və Kanadaya qarşı terror təhlükəsi var

“ABŞ və Kanadaya qarşı terror hücumu təhlükəsi çox realdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo deyib.

“Kanada və ABŞ-da artan terror təhlükəsi çox realdır. Federal Tədqiqatlar Bürosunun (FTB) qarşısında çox çətin bir vəzifə durur”, – o, “Fox News”a müsahibəsində bildirib.

Pompeonun sözlərinə görə, bunun səbəblərindən biri miqrasiya böhranıdır: “Biz sərhədimizə nəzarət etmirik və bu, terror hücumu təhlükəsini kəskin şəkildə artırır”.