Xəbərlər

KİV: İsrail İordaniya ilə bütün sərhəd keçidlərini bağlayıb

İsrail Hava Limanları İdarəsi bazar günü İordaniya vadisindəki Allenbi keçid məntəqəsində törədilən terror aktından sonra İordaniya ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanması barədə göstəriş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin “Kan” dövlət radiostansiyası məlumat yayıb.

“Hava limanları idarəsi İordaniya ilə Eilatdan İordan çayına qədər olan quru sərhəd keçidlərinin bağlanmasına göstəriş verib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, hər gün minlərlə israilli bu sərhəd keçidlərindən keçir.