Sentyabrın 4-6-da Pekində Çin-ABŞ İqlim Fəaliyyəti üzrə İşçi Qrupunun görüşü olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, tərəflər iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən yaşıl enerjiyə keçid sahələrində (qlobal enerjinin kömür, neft, qazdan daha ekoloji cəhətdən təmiz yanacağa ötürülməsi), prinsiplərin həyata keçirilməsi məsələlərində bu günə qədər əldə edilmiş tərəqqini müzakirə ediblər.
Çin tərəfdən görüşdə Çin hökumətinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Liu Zhenmin, Amerika tərəfdən isə ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Con Podesta iştirak edib. İşçi qrupun ilk iclası bu ilin yanvarında videokonfrans formatında keçirilib.