Xəbərlər

Lavrov Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

Rusiya Xarici işlər naziri Sergey Lavrov sentyabrın 9-da Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Strateji Dialoq iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurası 1981-ci il mayın 25-də iqtisadi məsələlər üzrə region dövlətləri arasında əməkdaşlıq platforması kimi yaradılmışdır.

Assosiasiyaya Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Oman da daxildir. Təşkilatın baş qərargahı Səudiyyə Ərəbistanında yerləşir.