Xəbərlər

İsrail Fələstini muxtariyyəti ləğv etməklə hədələyib

İsrailin xarici işlər naziri İsrail Katz Fələstini muxtariyyəti parçalamaq və ləğv etməklə hədələyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

“Fələstin imzalanmış razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə zidd şəkildə hərəkət edərsə, İsrail də eyni şəkildə hərəkət edəcək. Fələstin Administrasiyası ilə əməkdaşlığı tamamilə dayandıracaq və onun ləğvinə nail olacaq”, – nazir bildirib.