“Yaxın Şərq böyük regional müharibənin astanasındadır, Rusiya bunun qarşısını almaq üçün hər şeyi edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Strateji Dialoq iclasında çıxışı zamanı deyib.
“Beynəlxalq ictimaiyyətin Qəzza zolağında döyüşləri və Qəzza sakinlərinin kütləvi ölümünü dayandıra bilməməsi bütün regionda – Livan və İsrail sərhədindən Qırmızı dənizə qədər hərbi-siyasi vəziyyətin kəskin şəkildə pisləşməsinə səbəb olub. Biz bütün tərəflərlə vəziyyəti normallaşdırmaq üçün çalışırıq”, – Lavrov qeyd edib.