Xəbərlər

Suriya Yaxın Şərqdə gərginliyin artmasında İsraili günahlandırıb

“İsrailin hərəkətləri Yaxın Şərqdə gözlənilməz nəticələrlə dolu olan eskalasiyaya səbəb olur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Suriya Xarici İşlər Nazirliyi (XİN) İsrailin Suriyanın Həma əyalətindəki hədəflərə endirdiyi zərbələri şərh edərkən bildirib.

“İsrailin işğalçı hakimiyyət orqanlarının Suriya ərazilərinə və regionun digər ölkələrinə davamlı hücumları, həmçinin Qəzza zolağında və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı davam edən müharibəsi fələstinlilərin dəhşətli qırğınları ilə müşayiət olunur. Münaqişənin daha da dərinləşməsi regionda ağır və gözlənilməz nəticələrə gətirib çıxaracaq”, – Suriya XİN-nin bəyanatında qeyd edilib.