“İrəvan tam razılaşdırılmış sülh sazişi layihəsini Bakıya təhvil verib”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.
“Ermənistan sülh müqaviləsinin onuncu variantını Azərbaycana təhvil verib. Layihəyə bütün razılaşdırılmış mətn və maddələr daxildir”, – Mirzoyan bildirib.
“Bakı ilə imzalanmış bir saziş bütün problemləri həll etməyəcək, digər problemlər tərəflərin istəyi ilə sonradan həll oluna bilər”, – nazir qeyd edib.