Xəbərlər

Qəzzada 2,2 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var

Qəzza zolağında 2,2 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var.

“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (WFP) məlumat yayıb.

Məlumata görə, Qida Böhranına Qarşı Qlobal Şəbəkə tərəfindən hazırlanan hesabatda bildirilir ki, Qəzza ən ağır ərzaq böhranından əziyyət çəkən bölgə olaraq qalır.