Xəbərlər

ABŞ və Böyük Britaniya Husilərin hədəflərinə zərbələr endirib

ABŞ və Böyük Britaniya Silahlı Qüvvələri Əl-Hudeyda əyalətində Husilərin hədəflərinə zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, əyalətin inzibati mərkəzindən qərbdə, Qırmızı dəniz sahillərində yerləşən əl-Cabban ərazisinə hücumlar təşkil olunub.

Ölənlər və yaralananlar barədə məlumat verilməyib.