Xəbərlər

İran Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edəcək

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın sentyabrın 10-12-də BRİCS ölkələrinin toplantısında iştirak etmək üçün Sankt-Peterburqa səfər edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Əhmədian çərşənbə axşamı rusiyalı həmkarının dəvəti ilə Sankt-Peterburqa yola düşüb.

Əhmədianın Rusiya tərəfi ilə görüşündə Yaxın Şərq regionundakı vəziyyətə, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığa xüsusi diqqət yetiriləcəyi də qeyd edilib.