“Çin və Rusiyanın silahlı qüvvələrinin birgə potensialı həm regionda, həm də qlobal miqyasda istənilən düşmən qüvvələrin qarşısını almağa imkan verir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Global Times” qəzeti çinli ekspertlərin rəyinə istinadən məlumat yayıb.
“ÇXR və Rusiyanın silahlı qüvvələrinin hərbi potensialı sülh və sabitliyi pozmağa cəsarət edən istənilən qüvvəyə qarşı çəkindirici vasitə ola bilər”, – “Çin-Rusiya Şimal Qarşılıqlı Fəaliyyət-2024” təlimlərinə həsr olunmuş materialda deyilir.
Çin və Rusiya Federasiyası arasında əməkdaşlığın təkcə iki ölkə üçün deyil, bütün region, eləcə də qlobal miqyasda strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Qeyd edilib ki, müdafiə sahəsində qarşılıqlı fəaliyyətin müntəzəm xarakter daşıması Çin və Rusiya arasında sıx əlaqələri, iki dövlətin ordularının praqmatik əməkdaşlığı daha da dərinləşdirmək üçün səylərini daha da inkişaf etdirir.