Xəbərlər

Çin Ukrayna böhranını həll etməyi planlaşdırır

“Çin hakimiyyəti Ukrayna məsələsində həmişə obyektiv və qərəzsiz mövqe tutub, bu münaqişənin tezliklə sülh yolu ilə həll edilməsi üçün əlindən gələni edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi Sankt-Peterburqda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.

“Pekin beynəlxalq ictimaiyyətdə Ukrayna münaqişəsi ilə bağlı obyektiv fikirin formalaşdırılmasına kömək edəcək”, – nazir bildirib.