Xəbərlər

Hollandiya İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

“Hollandiya İranın Rusiyaya ballistik raketlər verməsini pisləyir və Avropa İttifaqının (Aİ) Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsinin tərəfdarıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “X”də Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp bildirib.

Nazirin sözlərinə görə, İranın hərəkətləri Avropanın təhlükəsizliyi üçün birbaşa nəticələri olan ciddi eskalasiyadır: “Ona görə də mən İran səfirinə zəng etdim”.

Çərşənbə axşamı ABŞ səlahiyyətliləri İrana qarşı sanksiya rejiminin sərtləşdirildiyini elan edib və İran vətəndaşı bir sıra fiziki və hüquqi şəxsləri Rusiya ilə əlaqəli sanksiyalar siyahısına əlavə edib.