Xəbərlər

Ukrayna MDB çərçivəsində daha bir sazişdən çıxıb

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış daha bir sazişdən çıxıb.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk deyib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarusiya, Suriya ilə ikitərəfli, eləcə də MDB çərçivəsində bağlanmış beynəlxalq müqavilələrdən çıxır.