Xəbərlər

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 dəfədən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % azdır.

Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 468 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.