Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Misirin xarici işlər naziri Bədr Abdel Ati ilə danışıqlar aparacağı bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Respublikanın Moskvadakı səfiri Nazih Naqarin TASS-a məlumat verib.
“Əlbəttə, Fələstindəki, Qəzzadakı, Liviyadakı və Sudandakı vəziyyət
bizim üçün böyük əhəmiyyət kəsb edir”, – Naqarin deyib.
Tərəflər arasında əsas müzakirə mövzusunu Fələstin-İsrail münaqişəsinin həlli və ikitərəfli münasibətlərin yaxşılaşdırılması məsələləri təşkil edəcək.