Xəbərlər

ABŞ Yəməndə Husilərin raket sistemini məhv edib

ABŞ ordusu Husilərin raket sistemini hədəfə alaraq Yəmənə yeni zərbə endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti “X” səhifəsində bildirib.

Qeyd edilib ki, məhv edilən raket sistemi ABŞ qüvvələrinə və regiondakı ticarət gəmilərinə təhlükə yaradırmış.