Xəbərlər

KİV: Aİ və AK ölkələri üç il ərzində Rusiya aktivlərinin dondurulmasını dəstəkləyib

“Əksər Avropa İttifaqı (Aİ) ölkələri və Avropa Komissiyası (AK) Rusiyanın aktivlərinin 6 ay deyil, 36 ay müddətinə dondurulması ideyasını dəstəkləyir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti avropalı diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, Aİ və AK üzvlərinin daimi nümayəndələri sentyabrın 13-də keçirilən iclasda 36 aylıq variantı müzakirə ediblər. Tərəflər həmçinin Rusiya Federasiyasının aktivlərinin beş il müddətinə dondurulması və bu qərarın düzgünlüyünün hər il təhlil edilməsi imkanlarını da nəzərdən keçiriblər. Sözügedən prosedur hər hansı bir üzv dövlətə Aİ-nin aktivlərini uzun müddət dondurulmuş saxlamasının qarşısını almağa imkan verməyəcək.

Qəzetin yazdığına görə, daimi nümayəndələrin iclasında Rusiya Federasiyasına qarşı bütün sanksiyaların altı ay deyil, üç ildən bir uzadılması məsələsi qaldırılıb.

Sentyabrın 13-də “Financial Times” qəzeti yazıb ki, Aİ ölkələrinin daimi nümayəndələri anti-Rusiya sanksiyalarının hər altı aydan daha çox müddətə uzadılması imkanını nəzərdən keçirəcəklər. Nəşrin qeyd edib ki, bu, Kiyevə Yeddilik Qrupu (G7) çərçivəsində Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə 50 milyard dollar məbləğində kreditin verilməsində iştirak etməyə hazır olan ABŞ-ın tələbləri ilə bağlıdır.