Xəbərlər

Tacikistan Prezidenti Şoltsu ölkəsinə dəvət edib

Tacikistan Prezidenti Emoməli Rəhmon Almaniyanın Federal Kansleri Olaf Şolts ilə görüşüb və onu Tacikistana rəsmi səfərə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tacikistan liderinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər ikitərəfli əlaqələrin genişləndirilməsi və regional əməkdaşlıq məsələlərini, həmçinin dünyada təhlükəsizliyin yaradılması məsələlərini müzakirə ediblər.