Xəbərlər

Aİ Rusiya aktivlərindən Ukraynaya silah almaq üçün 1,4 milyard avro gəlir ayırıb

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi 1,4 milyard avro mənfəəti Ukraynaya hərbi yardım göstərmək üçün istifadə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa Komissiyası (AK) rəhbərinin birinci müavini Valdis Dombrovskis bildirib.

“Rusiya aktivlərindən əldə edilən gəlirin birinci hissəsinin istifadə qaydası təsdiqlənib. Avropa Sülh Fondu vasitəsilə artilleriya sursatları və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, prioritet avadanlıqların Ukraynaya tədarükü üçün 1,4 milyard avro ayrılıb. Sifarişlər Ukrayna müdafiə sənayesi tərəfindən hazırlanacaq”, – Dombrovskis deyib.