Xəbərlər

İsrailin endirdiyi zərbələr nəticəsində 26 nəfər həlak olub

İsrail ordusunun Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 26 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 41 min 252-ə, yaralıların sayı isə 95 min 497-ə yüksəlib.