Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Ermənistanın bir neçə vətəndaşı tərəfindən hazırlanmış hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısını alıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
“Müəyyən edilib ki, çevrilişin məqsədi mövcud hökuməti devirmək olub”, – komitə bildirib.
Qeyd edilib ki, 7 nəfərlə bağlı cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4-ü isə axtarışa verilib.