Xəbərlər

Türkiyə Prezidenti və xanımı ABŞ-a səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün ABŞ-a səfər edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, səfər çərçivəsində birinci xanım Əminə Ərdoğan BMT Baş Assambleyasına qatılan liderlərin həyat yoldaşları ilə görüşəcək, bir sıra proqramlara ev sahibliyi edəcək və ikitərəfli görüşlər keçirəcək.