Xəbərlər

Ərdoğan: ABŞ-da prezident kimin olmasından asılı olmayaraq, dialoqumuz dəyişməyəcək

“Bütün dünya kimi biz də ABŞ-da keçiriləcək prezident seçkilərini yaxından izləyirik. Seçkilər nəticəsində prezidentin kim olmasından asılı olmayaraq, Amerikaya baxışımız və yüksək səviyyəli dialoqumuz dəyişməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana istinadən məlumat yayıb.

Əsas prinsiplərinin dostluq əlaqələrini gücləndirmək, münaqişələri azaltmaq və sülhün bərqərar olmasını təmin etmək olduğunu bildirən Ərdoğan beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörməti zəruri saydıqlarını vurğulayıb.