Xəbərlər

Quterreş İranın Yaxın Şərqdə de-eskalasiyada mühüm rol oynadığını bildirib

BMT-nin baş katibi Antonio Quterreş İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib. O, görüşdə Tehranın Yaxın Şərqdəki vəziyyətin de-eskalasiyasına nail olunmasında mühüm roluna işarə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT məlumat yayıb.

“Baş katib İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşüb. Onlar hər iki tərəfi narahat edən məsələləri, o cümlədən Yaxın Şərqdəki vəziyyəti, xüsusilə Qəzzadakı müharibəni, eləcə də Livan və Yəməndəki vəziyyəti müzakirə ediblər”, – deyə məlumatda qeyd olunub.