Xəbərlər

Hakan Fidan BMT-nin baş katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT-nin 79-cu sessiyasının iclasında iştirak etmək üçün getdiyi Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreş, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Qəzza Əlaqə Qrupundan olan həmkarları ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Fidan həmçinin sammit çərçivəsində çıxış edib. O, çıxışında davamlı transformasiyalar, dərin geosiyasi parçalanmalar və inkişafda bərabərsizliklərin artdığı bir dövrdə beynəlxalq institutların islahatının həyati əhəmiyyət kəsb etməkdə davam etdiyini vurğulayıb.

“Qəzzadakı qəbuledilməz vəziyyət beynəlxalq ictimaiyyət üçün oyanış siqnalı olmalıdır. Biz fələstinli qardaşlarımızı aclıq və qırğına məhkum etməyəcəyik və səssiz qalmayacağıq. İndi münaqişənin Livana yayılması ilə üz-üzəyik və bunun daha da genişlənəcəyini, yaxud genişlənməcəyini bilmirik. Ona görə də səssiz qalmayacağıq”, – Hakan Fidan bildirib.