Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Mərakeşin xarici işlər naziri Nasser Bourita ikitərəfli əməkdaşlığı, Yaxın Şərq və Şimali Afrikadakı böhranların həlli yollarını müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüşün yekunlarına dair bəyanatında qeyd olunub.
“Söhbət zamanı əsas diqqət ənənəvi dostluq münasibətləri olan Rusiya-Mərakeş münasibətlərinin mütərəqqi inkişafı üçün prioritet vəzifələrin nəzərdən keçirilməsinə yönəldilib”, – məlumatda bildirilib.