Xəbərlər

İsrail: Beyruta silah daşınmasının qarışısını alacağıq

İsrail Müdafiə Qüvvələrinin (IDF) qırıcıları Beyrut hava limanına silah daşınmasına mane olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Həqari açıqlama verib.

“Hərbi-hava qüvvələrinin təyyarələri indiyə qədər Suriyadan fərqli olaraq bir neçə ildir ki, məsuliyyətlə hərəkət edib və düşmənlərə mülki hava limanı vasitəsilə silah tədarükünə icazə verməyib”, – o bildirib.

Həqari qeyd edib ki, İsrail Silahlı Qüvvələri İranın Hizbullah hərəkatını silahla təmin etdiyi barədə məlumatlara malikdir və bunun qarşısını almaq niyyətindədir.