Xəbərlər

Netanyahu: İsrail Yaxın Şərqdə güc balansını dəyişir

“Yəmən və Livandakı zərbələr İsrailin gücünü göstərməklə yanaşı, Yaxın Şərqdə güc balansını da dəyişir”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Biz Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirinin böyük hissəsini məhv etdik, Hizbullaha böyük zərbə vurduq, liderləri Həsən Nəsrullahı öldürdük. Möhtəşəm günlərdir, çünki biz Yaxın Şərqdəki strateji reallığı dəyişirik. Dəyişən güc balansı İsrailin qalib gəlməsi ilə bölgəmizdə yeni ittifaqlar qurulması ehtimalını da artırır. Düşmənlərimiz və dostlarımız İsrailin nə qədər güclü olduğunu görürlər”, – Netanyahu bildirib.