İsrailin Hizbullah hərəkatına qarşı hərəkətləri uzun illərdir iqtisadi və siyasi böhran vəziyyətində olan Livanda böyük humanitar fəlakətə səbəb olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Washington Post” məlumat yayıb.
“İsrail dövlətinin hərbi hərəkətləri Livanda geniş miqyaslı humanitar fəlakətə səbəb olub, insanlar İsrailin quru əməliyyatına başlayacağından qorxurlar. Livanda son iki həftə ərzində 1 mindən çox insan həlak olub, yüz minlərlə insan isə didərgin düşüb”, – məlumatda bildirilib.