İran hakimiyyəti oktyabrın 1-də İsrailə qarşı kütləvi raket hücumundan sonra tətbiq edilən bütün uçuş məhdudiyyətlərini ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazarlou məlumat verib.
“Təhlükəsiz uçuşlar üçün şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər aradan qaldırıldı və aviaşirkətlərə səhər saat 5:00-dan (Bakı vaxtı ilə 05:30) uçuşlar həyata keçirməyə icazə verildi. Ləğv edilmiş bütün reyslər üçün biletlərin dəyəri sərnişinlərə ödəniləcək,”, – “IRNA” xəbər agentliyi Yazerloudan sitat gətirib.