Xəbərlər

Livana hava hücumları nəticəsində 37 nəfər ölüb

İsrailin hava hücumları nəticəsində 37 nəfər həyatını itirib, 151 nəfər isə yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, İsrail hərbçiləri oktyabrın 3-də Beyrut və Baalbek-Hermel, Bekaa, dağı Livan, Nəbatiyyə, Səidə və Tir əyalətlərindəki yaşayış məntəqələrinə hücumlar təşkil edib.