Xəbərlər

Kim Çen İn: ABŞ və Cənubi Koreya güc tətbiq edərsə, nüvə silahından istifadə edəcəyik

“Koreya Xalq Demokratik Respublikası (KXDR) ona qarşı hücum olacağı təqdirdə bütün mövcud hücum qüvvələrini işə salmaqdan çəkinməyəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi Şimali Koreya Prezidenti Kim Çen İnin sözlərindən sitat gətirib.

“Əgər düşmənlər bizim dəfələrlə etdiyimiz xəbərdarlıqlara məhəl qoymayaraq, respublikanın suverenliyini pozmaq üçün hərbi gücdən istifadə edərlərsə, o zaman biz nüvə silahı da daxil olmaqla, bütün hücum qüvvələrindən istifadə etməkdən çəkinməyəcəyik”, – Kim Çen İn bildirib.