Xəbərlər

Putin və Pakistan Prezidenti arasında söhbət olub

Aşqabadda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Pakistan lideri Asif Əli Zərdari ilə qısa söhbət edib. Onlar bir-birlərinin ölkələrinə rəsmi səfərlər etmək üçün qarşılıqlı dəvətlər mübadiləsi aparıblar və ikitərəfli əlaqələri bütün sahələrdə intensivləşdirmək niyyətlərini təsdiqləyiblər.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Putin Pakistan Prezidenti ilə qısaca söhbət etmək imkanı əldə etdi, onlar ilk növbədə Rusiyaya və Pakistana rəsmi səfərlər üçün qarşılıqlı dəvət mübadiləsi aparıblar, onlar iki ölkənin bütün sahələrdə ikitərəfli əlaqələri intensivləşdirmək niyyətini təsdiqləyiblər”, – Peskov bildirib.