Xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısı Han Kanqa verilib

İsveç Kral Elmlər Akademiyası 2024-cü il Ədəbiyyat üzrə Nobel Mükafatının Cənubi Koreya yazıçısı Han Kanqa verildiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “BBC” məlumat yayıb.

Qeyd edək ki, o, tarixi travmaları və insan həyatının kövrəkliyini göstərən poetik nəsrə görə bu mükafata layiq görülüb.

Bundan əlavə, müəllifin ən məşhur kitabı – “Vegetarian” əsəri Azərbaycan dilinə də tərcümə olunub. Bu kitabda müəllif bir qadının psixikasının tədricən necə pisləşməsi haqqında yazıb.

53 yaşlı yazıçı Han Kanqın 10 milyon İsveç kronu (təxminən 1 milyon 640 min manat) mükafat alacağı bildirilib.