İsveçrə İsraili Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) qarşı bütün hücumlarını dərhal dayandırmağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
“Biz İsrail hərbçilərini UNIFIL-ə qarşı bütün hücumları dərhal dayandırmağa, BMT obyektlərinin toxunulmazlığına hörmət etməyə və beynəlxalq hüququ qorumağa çağırırıq”, – məlumatda bildirilib.