Şimali Koreyanın cənub sərhədindəki artilleriya bölmələrinə Cənubi Koreyadan gələn pilotsuz uçuş aparatlarını (PUA) atəşə tutmaq əmri verilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Şimali Koreya mətbuatı məlumat yayıb.
Sərhəddə yerləşən 8 artilleriya briqadasının yerli vaxtla saat 20:00-a qədər atəşə hazır vəziyyətdə olmaları tapşırılıb.
Verilən məlumata görə, qoşunlara sərhəddən şimala uçan istənilən PUA-ları vurmaq əmri verilib.