Xəbərlər

Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkətə müvəqqəti icazə verilib

Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından bu ayın sonuna qədər minik avtomobilləri də istifadə edə bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Küçələr:
Bünyad Sərdarov
Həsən Seyidbəyli
Şeyx Şamil
Mirzəağa Əliyev
Adbulla Şaiq
Həsənoğlu
Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində)
Xocalı prospekti
Şah İsmayıl Xətai prospekti
Zuğulba yolu
Zığ şossesi

Bu zolaqlarda hələ ki 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir.

Həmin küçələr:
Gülarə Qədirbəyova
Niyazi
İstiqlaliyyət
Üzeyir Hacıbəyov
Bakıxanov
Koroğlu Rəhimov
Neftçilər prospekti
Heydər Əliyev prospekti
Mehdi Hüseyn
Teymur Elçin
Parlament prospekti
Nəriman Nərimanov
Mikayıl Müşfiq
Salyan şosesi
​Hava limanı şosesi
Bülbül prospekti
​Azadlıq prospekti
​Həsən Əliyev