Xəbərlər

Politico: ABŞ nüvə müharibəsi riskinə görə, Rusiya raketlərini vurmayacaq

“ABŞ Moskva ilə nüvə münaqişəsi riski səbəbindən Kiyevin Ukrayna hava məkanında Rusiya raketləri və pilotsuz uçuş aparatlarının (PUA) vurulması tələblərini yerinə yetirməyi planlaşdırmır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Ukraynalıların eşitmək istəmədiyi cavab odur ki, ABŞ Tehranla birbaşa müharibəyə başlamadan İsrail üzərindən İran raketlərini vurmaq riskini öz üzərimizə götürə bilər. Ancaq Rusiya ilə yox. Bu, nüvə münaqişəsinə səbəb ola bilər. Bu Rusiya ilə daha böyük müharibə riskinə ehtiva edir”, – məlumatda bildirilib.