Xəbərlər

Çin Rusiya ilə strateji əməkdaşlıq elan edib

“Çin və Rusiya bir-birinin əsas maraqlarına aid olan məsələlərdə bir-birini dəstəkləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Çian deyib.

“Hazırda Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin strateji sədrliyi ilə Çin-Rusiya hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri yeni dövrdə dinamik inkişaf edir, tərəflər əsas maraqlarla bağlı məsələlərdə bir-birini möhkəm dəstəkləyir, strateji əməkdaşlıq effektivdir, praktiki əməkdaşlıq daim dərinləşir, humanitar və regionlararası əməkdaşlıq geniş vüsət alır ki, bu da xalqlarımıza nəzərəçarpacaq nəticələr vəd edir. Yeni tarixi başlanğıcda biz ən yüksək səviyyədə razılaşmaları birgə həyata keçirməyə, strateji əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və əldə olunan nailiyyətlərə töhfə verməyə hazırıq”, – Li Çian bildirib.