Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin iclasında iştirak edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT haber” məlumat yayıb.
Görüş çərçivəsində Gülər rumıniyalı həmkarı Angel Tilvar və bolqarıstanlı həmkarı Atanas Zapruanov ilə görüşüb.
Görüş çərçivəsində Gülər Tilvar və Zapruanov ilə üç ölkə arasındakı hərbi fəaliyyətləri əhatə edən Niyyət Məktubu imzalayıb.
Razılaşmanın təfərrüatları açıqlanmayıb.