Xəbərlər

İsrail ordusu Beyrutun cənub ətrafına hücum edib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtı Beyrutun cənub ətrafı və ətrafında Hizbullah obyektlərinin yerləşdiyi ərazilərə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Haret-Xoreyk məhəlləsində ən azı üç güclü partlayış səsi eşidilib.

Beyrutun kənar hissələrində hava hücumu davam edir.

Rafik Həriri Beynəlxalq Hava Limanının perimetrində yerləşən Əl-Şueyfat məhəlləsindən hava hücumları barədə məlumat daxil olub.

İsrail Hərbi Hava Qüvvələri sonuncu dəfə oktyabrın 16-da paytaxta zərbələr endirib.