Xəbərlər

ABŞ və Kanada hərbi gəmiləri Tayvan boğazından keçib

ABŞ və Kanada Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Tayvan boğazından keçib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

“Dünən ABŞ və Kanadanın hərbi gəmiləri Tayvan boğazından keçib, boğazdan keçərkən Milli Silahlı Qüvvələr qonşu sularda və hava məkanında vəziyyətə nəzarət edib və vəziyyət normal olub”, – məlumatda bildirilib.