Xəbərlər

Politico: Aİ Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək

“Macarıstanın ilin sonunda Avropa İttifaqı (Aİ) Şurasının sədri postunu tərk etməsindən və Polşanın bu vəzifəni üzərinə götürməsindən sonra Aİ Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.

“Rusiyanın enerji idxalı artır, biz bunu düzəltməliyik. Etiraf etməliyik ki, sanksiyalar rejimi lazım olduğu kimi işləmir. Təbii qazla, neftlə, həmçinin digər mallarla bağlı problemlər var. Ümid edirik ki, bütün məsələlər gecikmədən həll olunacaq”, – məlumatda bildirilib.