Rusiya Federasiyasının Seuldakı səfiri Georgi Zinovyev Koreya Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici işlər nazirinin birinci müavini Kim Honq-kyun Zinovyev ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Verilən məlumata görə, görüşün səbəbi Koreya Xalq Demokratik Respublikası (KXDR) hərbçilərinin xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Rusiyaya göndərilməsi ilə bağlı olub.
Əlavə təfərrüatlar verilməyib.