Xəbərlər

Cənubi Koreya və İngiltərə Şimali Koreyanın Rusiyaya qoşun göndərməsini pisləyib

Cənubi Koreya və Böyük Britaniya Şimali Koreyanın Rusiya-Ukrayna müharibəsində Moskva tərəfindən döyüşmək üçün qoşun göndərməsini kəskin şəkildə pisləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

“Biz Şimali Koreyanın qeyri-qanuni silah tədarükünü davam etdirməsini və Moskvanın Ukraynadakı qeyri-qanuni müharibəsini dəstəkləmək üçün Rusiyaya qoşun göndərməsini qəti şəkildə pisləyirik”, – məlumatda bildirilib.