Xəbərlər

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib

“Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının teleqram kanalı məlumat yayıb.

“Belarus Respublikasında Prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək. Müvafiq qərarı bu gün Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının deputatları qəbul ediblər”, – məlumatda bildirilib.