Xəbərlər

Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri genişmiqyaslı təlimləri keçirir

Koreya Respublikası və ABŞ F-35 qırıcıları da daxil olmaqla 110-a yaxın təyyarənin iştirakı ilə “Azadlıq Bayrağı” hava təlimləri keçirir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Təlim oktyabrın 21-də başlayıb və noyabrın 1-dək davam edəcək. Cənubi Koreya F-35A, F-15K qırıcılarından, Amerika tərəfi isə F-35B və F-16, eləcə də MQ-9 pilotsuz uçuş aparatlarından istifadə edəcək.