Xəbərlər

BMT Ukrayna ilə bağlı iclas keçirəcək

“BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclası oktyabrın 30-da keçiriləcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasına sədrlik edən İsveçrənin BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

“Oktyabrın 30-da Ukraynada sülhün və təhlükəsizliyin qorunması üçün ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya, Koreya Respublikası, Sloveniya və Maltanın dəstəyi ilə görüş keçiriləcək”, – məlumatda bildirilib.